Venesuela Prezidenti Nikolas Maduro Kazanda keçirilən BRİKS sammiti ilə bağlı təəssüratını bölüşüb.
AzerTimes xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putini beynəlxalq fitbolçu Kristiano Ronaldo ilə müqayisə edib.
O bildirib ki, Putin siyasətdə Ronaldo kimi “bombardir instinkti”nə malik ulduzdur:
“Şübhəsiz ki, siyasi dildə deyə bilərik: Prezident Vladimir Putin beynəlxalq siyasətin ulduzudur. Kazanda keçirilən BRİKS tarixi sammitində böyük uğur əldə edildi. O, anadangəlmə bombardirdir, Kristiano Ronaldo kimi, qol vurma instinkti var”.