Rusiya Prezidenti Vladimir Putin və Venesuela Prezidenti Nikolas Maduro arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, söhbət zamanı Venesuela və Qayana arasında ərazi mübahisəsi müzakirə edilib.
Kreml rəhbəri problemin diplomatik həllindən yana olduğunu açıqlayıb.
Bundan əlavə, Putin həmçinin qeyd edib ki, Rusiya Venesuela rəhbərliyinin milli iqtisadiyyatın və ölkənin suverenliyinin gücləndirilməsi istiqamətində səylərini dəstəkləməyə davam edəcək.