Madriddə 9 oktyabrda “Qərbi Azərbaycana qayıdış beynəlxalq hüquq müstəvisində” mövzusunda konfrans keçiriləcək.
AzerTimes xəbər verir ki, bu barədə məlumatı xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı paylaşıb.
O bildirib ki, İspaniyadakı səfirimizin yardımı ilə təşkil edilən konfransda müxtəlif ölkələrdən qonaqlar və mətbuat nümayəndələri iştirak edəcək.
S.Rüstəmxanlı Madriddə olduğunu və bəzi qonaqların artıq gəldiyini də qeyd edib.