İspaniyanın paytaxtı Madriddə minlərlə şəxs küçələrə çıxaraq “NATO-ya yox” mitinqində iştirak edib.
AzerTimes xəbər verir ki, sol təmayüllü təşkilatların başçılığı ilə keçirilən mitinqdə “Müharibələrə yox”, “NATO-ya yox” “NATO bazaları ləğv edilsin”, “Hərbi xərclər yerinə xəstəxana və məktəb tikin” kimi şüarlar səsləndirilib.
Qeyd edək ki, 28-30 iyun tarixlərində Madriddə NATO-nun sammiti keçirilməlidir.