Madaqaskarda güclü siklon altı nəfərin ölümünə səbəb olub

Fevralın 6-na keçən gecə Madaqaskarda baş verən güclü tropik siklonun təsiri nəticəsində azı 6 nəfər ölüb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, daşqın təhlükəsi ilə əlaqədar 50 minə yaxın sakin təxliyə edilərək, xüsusi hazırlanmış sığınacaqlarda yerləşdirilib.

Madaqaskarın şərq sahillərində “Batsiray” siklonu təsirindən güclü yağışlar qeydə alınıb, küləyin maksimal sürəti saatda 165 kilometr olub. Bundan əlavə, binaların çökməsi, elektrik enerjisinin kəsilməsi və daşqınlar da daxil olmaqla, əhəmiyyətli dağıntılar qeydə alınıb.


İlkin məlumatlara görə, qasırğanın vurduğu ziyan cəmi iki həftə əvvəl adada tüğyan edən “Ana” siklonunun vurduğu ziyanı daha da artırıb. O zaman 55 nəfər həyatını itirmiş, 130 mindən çox insan təxliyə edilmişdir.