Macarlar Leyeni ələ saldılar: Onların mahnısına oynamayaq

Macarlar Leyeni ələ saldılar: Onların mahnısına oynamayaq

Macarıstanın hakim Fides Partiyası Avropa Komissiyasının sədri Ursula fon der Leyeni ləkələyən reklam lövhələri quraşdırıb və onu ilk dəfə seçki kampaniyasında şəxsi hədəfə çevirib.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Reklam lövhələrində amerikalı maliyyəçi Corc Sorosun oğlu Aleks Sorosla yanaşı Leyen də nümayiş olunub.

“Gəlin onların mahnısına oynamayaq”, – reklam lövhəsində yazılıb.

Qeyd edək ki, Avropa Komissiyasının keçmiş sədri Jan-Klod Yunkerin Sorosun yanında təsvir olunduğu oxşar reklam lövhələri 2019-cu ildə Brüssel tərəfindən ciddi tənqid olunmuşdu. Avropa Parlamentində təmsil olunan sağ mərkəzçi Avropa Xalq Partiyasının təzyiqi ilə Fides həmin lövhələri silməli olmuşdu.

Teqlər: