Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyevə
məktub göndərib.
AzerTimes-ın məlumatına görə,
məktubda deyilir:
“Hörmətli cənab Prezident, diplomatik münasibətlərimizin
qurulmasının 30 illiyi münasibətilə Sizə ən xoş arzularımı
yetirirəm.
Şadam ki, son üç onillikdə ölkələrimiz arasında əlaqələr davamlı
şəkildə inkişaf edib və biz qarşılıqlı hörmətə əsaslanan sıx
strateji tərəfdaşlıq münasibətləri qurmuşuq.
Sizi əmin edirəm ki, Macarıstan siyasi, iqtisadi, ticarət və
mədəni sahələrdə ikitərəfli əlaqələrimizin dərinləşdirilməsinə
sadiqdir. Ümumi məqsədlərimizə nail olmaq üçün Siz bundan sonra da
hökumətimin dəstəyinə arxalana bilərsiniz. İnanıram ki, enerji
sahəsində əməkdaşlığımızın genişləndirilməsi və macar şirkətlərinin
Qarabağın yenidən qurulmasında iştirakı ilə bağlı danışıqlar uğurla
nəticələnəcək.
Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə yeni uğurla
arzu edirəm”.