Rusiyada üsyan cəhdi Ukraynada sülh axtarmağın zəruriliyini təsdiqlədi.
AzerTimes xəbər verir ki, bunu Macarıstan Xarici İşlər Nazirliyinin sözçüsü Tamaş Menzer deyib.
“Bütün bunlar həm də onu təsdiqləyir ki, müharibəyə yeganə düzgün cavab sülhdür. Vaşinqton və Moskva atəşkəs, danışıqlar və sülhlə bağlı siyasi qərar verməlidir”, – Menzer qeyd edib.