Macarıstanda maska ​​taxmaq tələbi ləğv edilir

Macarıstan hakimiyyəti ictimai yerlərdə məcburi qoruyucu
maskaların taxılması qaydasını, eləcə də koronavirus pandemiyası
ilə əlaqədar tətbiq edilən bir sıra digər məhdudiyyətləri ləğv
edir.

Trend xəbər verir ki, bunu ölkənin Baş nazirinin dəftərxanasının
rəhbəri Gergey Guiyaş bildirib.

Onun sözlərinə görə, Macarıstan hökuməti bu qərarı uğurlu
nəzarət və əhalinin peyvəndlənməsi sayəsində epidemiyanın beşinci
dalğasının geri çəkildiyinə görə qəbul edir.

“Bazar ertəsindın etibarən ictimai nəqliyyatda, mağazalarda,
ticarət mərkəzlərində, poçt şöbələrində, teatrlarda,
kinoteatrlarda, muzeylərdə, həmçinin idman yarışlarınən keçirildiyi
məkanlarda məcburi maska ​​taxmaq tələbi ləğv edilir. İctimai iaşə
müəssisə işçilərinin də maska ​​taxması tələb olunmayacaq”, –
hökumətin yaydığı məlumatda deyilir.

Teqlər: