Macarıstanda Azərbaycan mərkəzinin açılması planlaşdırılır

Xəbər - Elçin Mehdiyev – Trend:

Budpeştə Azərbaycan mərkəzi və Bakıda Macarıstan mərkəzi açıla bilər.

AzerTimes-ın məlumatına görə, bu barədə bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası zamanı bildirilib.

İclasda Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarton bu cür mərkəzlərin açılmasının vacibliyini vurğulayıb və iki ölkə xalqları arasında əlaqələrin inkişafına töhfə verəcəyi diqqətə çatdırılıb.


İclasda bu istiqamətdə işlərin sürətləndirilməsi ilə bağlı razılığa gəlinib.

Teqlər: