Macarıstanda 40-a yaxın avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.
AzerTimes xəbər verir ki, hadisə martın 11-də Budapeştdən 25 kilometr qərbdə, M1 şossesində baş verib.
Qəza nəticəsində 19 avtomobil yanıb, 36 nəfər xəsarət alıb. 13 nəfər ciddi xəsarətlərlə, bir nəfərin vəziyyəti ağır olmaqla xəstəxanaya yerləşdiriliblər. Macarıstan avtomagistral operator şirkətinin məlumatına görə, qəzaya səbəb toz fırtınasından görmə qabiliyyətinin zəifləməsi ola bilər.
Hadisə yerinə 4 xilasedici helikopter, həmçinin yaxınlıqdakı şəhərlərdən yanğınsöndürmə və xilasetmə qrupları gəlib. Günün qalan hissəsində M1-də hər iki istiqamətdə nəqliyyatın hərəkəti dayandırılıb.