Macarıstan xarici işlər naziri Peter Siyarto Ukraynaya rəsmi səfərə gəlib.
AzerTimes xəbər verir ki, bu barədə ukraynalı jurnalist Vitali Qlaqola məlumat verib.
“Peter Siyarto Kuleba (Ukrayna xarici işlər naziri – red.) ilə görüşmək üçün Zakarpatiyaya gəlib. Onun korteji sərhədi keçib və Zakarpatiya ərazisinə daxil olub”, – jurnalist bildirib.
Onun sözlərinə görə, bu gün Siyarto ilə Kuleba arasında Ujqorodda görüş olacaq.