Macarıstan xarici işlər naziri Türkiyəyə gedir

Macarıstan xarici işlər naziri Türkiyəyə gedir

Fevralın 15-də Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Türkiyəyə səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Siyarto türkiyəli həmkarı Hakan Fidanla görüşəcək və Türkiyə-Macarıstan İqtisadi və Ticari Birgə Komitəsinin birinci iclasında iştirak edəcək.

Teqlər: