Macarıstan Rusiya neftinin tədarükünü dayandırdığı üçün Ukraynaya ultimatum göndərib.
AzerTimes xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
O bildirib ki, Kiyev neft tədarükünü bərpa edənə qədər ölkə Ukraynaya Avropa Sülh Fondu çərçivəsində 6,5 milyard avroluq hərbi yardımın maliyyələşdirilməsi proqramını bloklamaqda davam edəcək.