Macarıstan ukraynalı əsirləri gizli saxlayır? – Kiyev

Macarıstan ukraynalı əsirləri gizli saxlayır? – Kiyev

Son bir neçə gün ərzində ukraynalı diplomatların Macarıstan tərəfindən rus əsirliyindən qaytarılmış Ukrayna vətəndaşları ilə birbaşa əlaqə yaratmaq üçün bütün cəhdləri nəticə verməyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko məlumat verib.

O qeyd edir ki, Macarıstanın Ukrayna hökumətinin və ya beynəlxalq insan haqları təşkilatlarının xəbəri olmadan Rusiyadan təxliyə etdiyi 11 ukraynalı hərbi əsirinin vətənə qayıtması üçün hər şey edilir:

“Əslində onlar təcrid olunmuş vəziyyətdə saxlanılır, açıq məlumat mənbələrinə çıxışı yoxdur, onların qohumları ilə ünsiyyəti üçüncü şəxslərin iştirakı ilə baş verir, onlara Ukrayna səfirliyi ilə əlaqə saxlamaqdan imtina edilir”.

Teqlər: