Macarıstan ukraynalı deputata sanksiya tətbiq etdi

Macarıstan ukraynalı deputata sanksiya tətbiq etdi

Macarıstan hökuməti Ukrayna Ali Radasının deputatı Viktor Baloqanın ölkəyə girişinə qadağa qoyub.

AzerTimes xəbər verir ki, bu barədə ukraynalı deputat Feysbuk hesabında paylaşım edib.

“Mən zəmanəmizin kiçik siması Orbandan mükafat aldım – Macarıstanın milli təhlükəsizliyi üçün təhlükəyə çevrilirəm. Ukraynanın milli dövlət rəmzinin yarandığı gün Macarıstan hakimiyyətinin məndən “qorxması” əlamətdardır”, – deputat qeyd edib.

Teqlər: