Xəbər - Ceyla Əliyeva – Trend:
Macarıstan Türk Şurasının üzvlərini vacib tərəfdaş hesab edir.
AzerTimes-ın məlumatıa görə, bunu Macarıstanın təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Ştara Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında deyib.
Onun sözlərinə görə, Macarıstan bütün sahələrdə, o cümlədən iqtisadiyyat və mədəniyyət sahələrində regionla əməkdaşlıq qurmaq istəyir və bu kontekstdə informasiya və media xüsusi əhəmiyyət daşıyır.
Dövlət katibi bildirib ki, əsas məqsədlərdən biri feyk xəbərlərlə, dezinformasiya ilə mübarizə aparmaqdır və bu, pandemiya dövründə xüsusilə vacibdir:
“Media agentlikləri ilə əməkdaşlığın möhkəmləndirilməsi vacibdir. Bizim ölkəmiz feyk xəbərlərlə və dezinformasiya ilə mübarizə sahəsində təcrübəsini bölüşməyə hazırdır”.
P.Ştara əlavə edib ki, Macarıstanın məqsədi Türk Şurasının üzv ölkələri ilə əməkdaşlığın inkişafını davam etdirməkdir və bu təşkilatın Budapeştdə nümayəndəliyinin təsis olunması bu məqsədin reallaşdırılması üçün uyğun addımdır.
(Tərcümə: Orxan Nəbiyev)