Xəbər - Ləman Zeynalova – Trend:
2021-ci ilin ikinci rübündə Macarıstanın “MOL Group” şirkətinin “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlarında hasilatı sutkada 18,1 min barel neft ekvivalentinə bərabər olub.
Trend bu barədə şirkətin hesabatına istinadən məlumat verir.
Bu ilin birinci rübündə hasilat sutkada 20 min barel, 2020-ci ildə 17,8 min barel neft ekvivalenti təşkil edib.
Qeyd edək ki, “MOL Group” tərəfindən “Azəri-Çıraq-Günəşli” blokunda və Bakı-Tbilisi-Ceyhan boru kəmərində payın satın alınması üzrə saziş 2020-ci ilin aprelində imzalanmışdı.
(Tərcümə: Orxan Nəbiyev)
Твиттер: @Lyaman_Zeyn