Macarıstan səfirliyi xeyriyyə tədbirindən toplanan vəsaitlə Elmi-Tədqiqat Pediatriya İnstitutuna dəstək olub (FOTO)

Ötən ilin dekabrında Macarıstanın Bakıdakı səfirliyinin ənənəvi
xeyriyyə tədbirində Macarıstan Dövlət Xalq Ansamblı və Pál İştvan
Qrupu Azərbaycan Respublikasının Xalq Artisti, Beynəlxalq Muğam
Mərkəzinin direktoru, pianoçu Murad Hüseynovla Dövlət Akademik
Filarmoniyasının səhnəsini paylaşıb.

Tədbirin məqsədi təkcə bütün musiqisevərlər üçün unudulmaz axşam
keçirmək deyil, həm də xeyriyyə işlərinə töhfə vermək idi. Bilet
satışından, eləcə də Dövlət Akademik Filarmoniyasının ərazisində
keçirilən xeyriyyə yarmarkasından əldə olunan bütün vəsaitlər
Bakıdakı Uşaq Bərpa Mərkəzinin Elmi-Tədqiqat Pediatriya
İnstitutunun dəstəyinə yönəldilib.

12 may 2022-ci il tarixində Macarıstan səfiri Viktor Sederkenyi
Elmi Tədqiqat Pediatriya İnstitutunda, Uşaq Reabilitasiya
Mərkəzində olub, burada konsertimizdə toplanmış vəsaitdən alınmış
xüsusi uşaq reabilitasiya avadanlıqlarının təqdimatı olub.

Macarıstanın MOL və Richter Gedeon şirkətlərinə, o cümlədən
Nərgiz Fonduna və Jurnala və konsertimizin bütün qonaqlarına bu
xeyirxah işə dəstək olduqları üçün təşəkkürümüzü bildiririk.

Teqlər: