Macarıstan Rusiyadan enerji daşıyıcıları idxalına qadağa qoymayacaq – baş nazir

Macarıstan ABŞ nümunəsinə uyğun olaraq hərəkət etməyəcək və
Rusiya neft və qazının idxalına qadağa qoymayacaq.

Trend TASS-a istinadən xəbər verir ki, bunu respublikanın baş
naziri Viktor Orban özünün rəsmi “Facebook” səhifəsində
videomüraciətində bildirib.

O qeyd edib ki, Macarıstan hökumətinin bu məsələ ilə bağlı
mövqeyini avropalı həmkarlarının diqqətinə çatdırıb.


“Mən açıq şəkildə bildirdim ki, biz ABŞ-dan nümunə götürə
bilmərik, onlar dünən bu məhsullara qarşı sanksiyalar tətbiq
ediblər, bu, Macarıstan üçün dözülməz bir yük olacaq, ona görə də
bu sanksiyalarda bizə qoşulmaqdan söhbət gedə bilməz. Bizə hələ də
Rusiyadan gələn qaz və neft lazımdır”, – Orban bildirib.