Macarıstan parlamenti Viktor Orbanı baş nazir vəzifəsində təsdiq edib

Macarıstan parlamenti ötən ay parlament seçkilərində qalib
gəlmiş Viktor Orbanı baş nazir vəzifəsində təsdiq edib.

Trend-in
məlumatına görə, V.Orbanın lehinə 133, əleyhinə 27 nəfər səs
verib.

Səsvermədən sonra Viktor Orban and içərək səlahiyyətlərinin
icrasına başlayıb.

Qeyd edək ki, onun rəhbərlik etdiyi “FİDES – Macarıstan Vətəndaş
İttifaqı” partiyası aprelin 3-də parlament seçkilərində qalib
gəlmişdi.

Mayın əvvəlində ölkə prezidenti V.Orbana yeni hökuməti
formalaşdırmağı tapşırmışdı.

Qeyd edək ki, Viktor Orban 1998-2002-ci illərdə baş nazir
olduqdan sonra, 2010-cu ildən bu günədək yenidən bu vəzifəni icra
edir.