Macarıstan imtina etdi: onları Ukraynaya verməyəcəyik!

Macarıstan imtina etdi: onları Ukraynaya verməyəcəyik!

Macarıstan hərbi xidmətə yararlı qaçqınları Ukraynaya təhvil verməyəcək.

AzerTimes xəbər verir ki, bunu Macarıstan Baş nazirinin müavini Zolt Şemen deyib.

“Biz heç bir ukraynalı qaçqının hərbi xidmətdə olub-olmadığını yoxlamırıq, Macarıstan onları Ukraynaya ekstradisiya etməyəcək”, – nazir müavini bildirib.

Şemen həmçinin vurğulayıb ki, belə adamların məlumatları Ukrayna tərəfinə verilməyəcək:

“Ukraynadan olan hər bir qaçqın Macarıstanda azad insandır, o, burada qalıb-qalmamaq, Qərbə getmək və ya istəsə, qayıtmaq barədə sərbəst qərar verə bilər”.

Qeyd edək ki, Ukrayna hökuməti saxta sənədlərlə ölkəni tərk edən hərbi yaşda olan kişilərin ekstradisiyası ilə bağlı tədbirlər görür.

Teqlər: