Xəbər - Maryana Əhmədova – Trend:
Macarıstan 2023-cü ilin sonunadək Azərbaycan qazının satın alınmasının başlanacağına ümid edir.
Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarton bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası çərçivəsində mətbuat konfransında Trend-in sualını cavablandırarkən deyib.
“Biz ümid edirik ki, Azərbaycan qazının nəqli üçün Cənub-Şərqi Avropada bütün infrastuktur işləri başa çatdırılacaq”, – deyə o bildirib.
Nazir qeyd edib ki, qazın nəqli və elektrik enerjisi istehsalı ilə məşğul olan Macarıstan şirkəti artıq SOCAR-la danışıqlar aparır.
“Biz həm də bu məsələdə Azərbaycanın siyasi dəstəyinə ümid edirik”, – nazir əlavə edib.
(Tərcümə: Orxan Nəbiyev)