Macarıstan cari ilin sonuna qədər Rusiya qazının tranziti üçün ödənişlərin artırılması ilə bağlı Bolqarıstanı məhkəməyə verə bilər.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə Macarıstanın Avropa Birliyi məsələləri üzrə naziri Yanoş Boka çıxış edib.
Boka qeyd edib ki, Avropa Komissiyasına məktub göndərərək Bolqarıstanı enerji rüsumlarının artırılmasını dayandırmağa çağırıb.