Macarıstan Azərbaycan qazını ortamüddətli perspektivdə şaxələndirmə üçün potensial mənbə qismində nəzərdən keçirir

Xəbər - Ləman Zeynalova – Trend:

Macarıstan Azərbaycan təbii qazını ortamüddətli perspektivdə şaxələndirmə üçün potensial mənbə qismində nəzərdən keçirir.

Bu barədə Trend-ə Macarıstanın Azərbaycandakı Səfiriliyindən bildiriblər.

Qeyd olunub ki, Avropa strateji olaraq enerji daşıyıcılarının tədarük mənbələrinin və marşrutlarının şaxələndirilməsində maraqlıdır: “2020-ci ilin dekabrında “Cənub Qaz Dəhlizi” ilə qaz tədarükünün başlanması Avropanın enerji bazarı üçün vacib səhifəyə çevrildi. Yeni mənbədən alternativ marşrutlar qaz nəql etməklə, “Cənub Qaz Dəhlizi” qitənin enerji təhlükəsizliyinə tədarüklərin şaxələndirilməsinə xidmət edir”.

Səfirlikdən bildiriblər ki, Avropanın qaz böhranı etibarlı qaz tədarükü mənbələrinin təmin olunmasının və uzunmüddətli müqavilələrin imzalanmısının vacibliyi məsələsini aktuallaşdırıb. Hesab olunub ki, bu cür müqavilələrə uyğun olaraq “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi vacib aspektə çevriləcək: “Hazırda Macarıstanın “Cənub Qaz Dəhlizi”nə fiziki çıxışı yoxdur, BRUA (Bolqarıstan-Rumıniya- Macarıstan-Avstriya) boru kəməri ilə birləşəcək Yunanıstan və Bolqarıstan arasındakı interkonnektor (IGB) yalnız 2022-ci ildə istismara veriləcək”.


Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: