Macarıstan Avropa məkanında qeyri-leqal mühacirlərin olmadığı yeganə ölkədir.
AzerTimes xəbər verir ki, Macarıstan Baş nazir Viktor Orban bunu Avstriyanın paytaxtı Vyanada keçirilən mətbuat konfransında deyib.
Budapeştin sərhədləri boyu mühafizə edilən sədd çəkdiyini qeyd edən hökumət başçısı, eyni zamanda, qanuni şəkildə sığınacaq prosedurundan keçən mühacirlərin ölkəyə girmək hüququnun olduğunu da vurğulayıb.
Qeyd edək ki, bu gün Vyana şəhərində Avstriya, Macarıstan və Serbiyanın qeyri-leqal mühacir probleminə həsr olunan üçtərəfli sammiti keçirilib.