Macarıstan AK-yə qulaq asmadı: Ukrayna ilə bağlı qadağa…

Macarıstan AK-yə qulaq asmadı: Ukrayna ilə bağlı qadağa…

Macarıstan Ukraynadan kənd təsərrüfatı mallarının ixracına qoyulan qadağanı qüvədə saxlayacaq.

AzerTimes xəbər verir ki, bu barədə Macarıstan Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Macarıstanın kənd təsərrüfatı naziri İştvan Naqi də məsələ ilə bağlı açıqlamasında macar fermerləri narahat olmamağa çağırıb:

“Mövcud vəziyyətdə macar fermerlər hələ də yalnız hökumətə arxalana bilərlər, buna görə də Macarıstan müvafiq beynəlxalq həll yolu tapılana qədər Ukraynadan məhsulların idxalına milli qadağasını davam etdirəcək”.

Qeyd edək ki, bir müddət öncə Avropa Komissiyası Ukrayna və Moldovadan malların sərbəst idxalını 2025-ci ilin iyun ayına qədər uzatmağı, eyni zamanda AB-nin həssas kənd təsərrüfatı məhsullarının qorunmasını gücləndirməyi tövsiyə edib.

Teqlər: