Xəbər - Ləman Zeynalova – Trend:
Macarıstanın “MOL Group” şirkəti 2021-ci ilin ikinci rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsinə 36,6 milyon dollar məbləğində əsaslı investisiya yatırıb.
Trend bu barədə şirkətin hesabatına istinadən məlumat verir.
Qeyd olunur ki, həmin məbləğin böyük hissəsi, 36,4 milyon dolları “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsinə yönəlib. Şirkətin blok üzrə digər xərcləri 0,2 milyon dollar olub.
2021-ci ilin birinci rübündə şirkətin AÇG-yə əsaslı investisiyaları 44,3 milyon dollar təşkil etmişdi.
Qeyd edək ki, “MOL Group” “Azəri-Çıraq-Günəşli” blokunda payın satın alınması üzrə sazişi 2020-ci ilin aprelində imzalayıb.
(Tərcümə: Orxan Nəbiyev)
Твиттер: @Lyaman_Zeyn