Macarıstan Avropa Birliyi ilə sığınacaq siyasətinə görə cəzalarla bağlı mübahisəni həll edə bilməsə, sərhədində görünən miqrantları birbaşa Brüsselə göndərəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
“Əgər bu danışıqlar uğursuz olarsa, Macarıstan miqrantlara “Brüsselə birtərəfli bilet” verməyə başlayacaq”, – bu barədə nəşr Macarıstan baş nazirinin aparat rəhbəri Qerqey Qulyaşa istinadən bildirib.