Macarıstan 200 milyon cərimələndi – Orban əsəbiləşdi

Macarıstan 200 milyon cərimələndi – Orban əsəbiləşdi

Miqrantların qəbulu qaydalarına əməl edilməməsinə görə Budapeştə cərimə kəsən məhkəmə amerikalı milyarder Corc Soros tərəfindən idarə olunur.

AzerTimes xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

“Bu qərarı Corc Sorosun məhkəməsi çıxarıb. Hamıya məlumdur ki, “Brüssel köpüyü” Sorosun adamları ilə doludur. Bu, Avropa Parlamentinə, Avropa Komissiyasına və məhkəməyə də aiddir”, – Orban bildirib.

Qeyd edək ki, AB-nin Lüksemburqdakı məhkəməsi dünən Macarıstanı miqrantların qəbulu ilə bağlı AB-nin ümumi qaydalarının pozulması ilə bağlı əvvəlki məhkəmə qərarlarını yerinə yetirməkdən imtina etdiyinə görə 200 milyon avro cəriməyə məhkum edib.

Teqlər: