Macar spiker: Zelenskinin psixoloji problemi var!

Macar spiker: Zelenskinin psixoloji problemi var!

Vladimir Zelenskinin davranışı adamı çaşdırır. Bu bir növ şəxsi psixi pozğunluqla bağlı ola bilər.

AzerTimes xəbər verir ki, bunu Macarıstan Milli Assambleyasının spikeri Laslo Köver deyib.

Zelenskinin davranışına gəlincə, məncə, dünya ona təəccüb və anlaşılmazlıqla baxır. Mən heç bir dövlət başçısının kömək istəməsini xatırlamıram. Cənab Zelenski təkcə Macarıstana münasibətdə deyil, məsələn, səfir vasitəsilə Almaniya kansleri ilə münasibətdə də qəribə tonla danışır. Deməli, burada hansısa şəxsi psixi problem var”,- o bildirib.

Qeyd edək ki, Zelenski Macarıstanın anti-Rusiya sanksiyalarının genişləndirilməsinə qarşı çıxmasından, Ukrayna üzərində uçuşa qadağa zonasının tətbiqini dəstəkləməməsindən, Kiyevi silahla təmin etməməsindən və onun tranzitinə icazə verməməsindən narazılığını bildirib.

Teqlər: