Macar şirkətləri Qarabağ aparılan işlərdə iştirak etməyə hazırdır – Macar nazir

Xəbər - Elçin Mehdiyev – Trend:

Macar şirkətləri Qarabağ regionunda aparılan bərpa və yenidənqurma işlərində iştirak etməyə hazırdır.

AzerTimes-ın məlumatına görə, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarton bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası zamanı deyib.

O qeyd edib ki, hazırda Qarabağ regionunda böyük bərpa və quruculuq işləri aparılır.

“Macar şirktləri həm maliyyə, həm də texniki baxımdan həmin ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə dəstək göstərməyə hazırdır”, – deyə o əlavə edib.

Teqlər: