Parlament spikeri Laslo Köverin Ukrayna prezidenti barədə fikirlərini bölüşürəm.
AzerTimes xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
“Son aylarda Macarıstanda on minlərlə insan Ukraynaya və Ukrayna xalqına kömək etmək üçün çalışarkən, ukraynalı siyasətçilər davamlı olaraq Macarıstan haqqında qəbuledilməz bir tonda danışır, bizi təxribata çəkir, yalanlar uydurur və heç bir minnətdarlıq bildirmədən bizi ləkələməyə çalışırlar. Buna əsaslanaraq, Laslo Köver (Zelenskinin psixi sağlamlığı haqqında – red.) tamamilə haqlıdır, hətta ukraynalıları narahat etsə belə…” – Siyarto bildirib.