Maaş az olub deyə, repetitorluq ediblər, bu, normaldır

Maaş az olub deyə, repetitorluq ediblər, bu, normaldır

Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə müəllimlərin dərsdən sonra repetitorluqla məşğul olması məsələsinə aydınlıq gətirib.

AzerTimes xəbər verir ki, bu barədə nazir bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, normalda müəllim özü dərsdən sonra qalaraq şagirdlə məşğul ola bilər:

“Burada qeyri-qanuni heç nə yoxdur. Bu ondan qaynaqlanır ki, uzun müddət müəllimin maaşı yüksək olmayıb. Ona görə bəzi müəllimlər repetitorluq ediblər. Biz ona görə sertifikasiya edib müəllimlərin maaşını artırmağa çalışırıq. Bununla biz müəllimlərin məktəblərdə ödənişli əsasla repetitorluq etməsinin qarşısını alacağıq. Mənim fikrimcə, müəllim öz sinfində öz şagirdlərinə ödənişli formada dərs keçməməlidir”.

Teqlər: