Lyuis Hemilton Formula-1 üzrə Braziliya Qran Prisinin qalibi olub

“Mercedes” komandasından britaniyalı pilotu Lyuis Hemilton Formula-1 üzrə Braziliya Qran Prisinin qalibi olub.

AzerTimes-ın məlumatına görə, yeddiqat dünya çempionu 10-cu mövqedən start götürüb. Bu da əsas yarışdan əvvəlki təsnifat yarışları ilə bağlı qaydaların pozulmasının nəticəsi olub.


İkinci “Red Bull” komandasının təmsilçisi Niderlandlı Maks Verstappen, üçüncü isə Finlandiyalı Valtteri Bottas (“Mercedes”) olub.

Teqlər: