Lvov aeroportunda bomba həyəcanı: Sərnişinlər təxliyə edilib

Xəbər - Çingiz Səfərli – Trend:

Ukraynanın Lvov Beynəlxalq Hava Limanında bomba olması barədə anonim məlumat daxil olub.

AzerTimes xəbər verir ki, bu barədə Lvov Polis İdarəsi məlumat yayıb. Verilən açıqlamaya görə, aeoroport çalışanları və sərnişinlər təhlükəsiz bölgəyə təxliyə edilib. Təhlükəsizlik qüvvələri axtarışlara başlayıb.

Məlumatın yerli vaxtla saat 09.25-də daxil olduğu bildirilib.


Qeyd edək ki, bu gün Moskvanın 12 məhkəmə binasında da bomba olması barədə polisə məlumat daxil olub, lakin axtarışlar nəticəsində heç bir partlayıcı qurğu aşkarlanmayıb.