Lüt ukraynalı Vyanada polisləri döydü

Lüt ukraynalı Vyanada polisləri döydü

Xəsarət alan polislər növbəni davam etdirmək halında olmayıblar.

AzerTimes xəbər verir ki, anadangəlmə lüt vəziyyətdə olan ukraynalı qaçqın qonşusu ilə mübahisədən sonra Avstriya polisi ilə münasibətləri aydınlaşdırmağa girişib.

Vyanada baş verən xoşagəlməz insident barədə polisə şahidlərdən biri məlumat verib. 26 yaşlı ukraynalı onu sakitləşdirməyə çalışan iki asayiş keşikçisinə tozsoranın dəstəyi ilə ağır zərbələr endirib. Hadisə yerinə cəlb olunan əlavə qüvvələr heç nədən şuluqluq salan “qonağı” ram etsələr də, polislər yardım üçün xəstəxanaya getməyə məcbur olublar.

Teqlər: