Luqanskda son durum: Bu yol Ukraynanın nəzarətindədir

Luqanskda son durum: Bu yol Ukraynanın nəzarətindədir

Svatovo-Kremennaya magistral yolu praktiki olaraq Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.

AzerTimes xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.

“Hələlik biz yaşayış məntəqələrinin adını çəkməyəcəyik. Bunu Baş Qərargah etsə, daha yaxşı olar, amma deyə bilərik ki, Svatovo-Kremennaya magistral yolu praktiki olaraq Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir. Hava şəraiti, bir neçə gün ardıcıl leysan yağışların olmasına baxmayaraq, hələ də müəyyən irəliləyiş var”, – Qayday söyləyib.

Qeyd edək ki, sözügedən magistral yol Luqansk vilayətində strateji üstünlük üçün mühüm əhəmiyyətə malikdir.

Teqlər: