Luqansk xəstəxanaları yaralılarla doludur

Luqansk xəstəxanaları yaralılarla doludur

Luqansk şəhərindəki 3 xəstəxana rusiyalı yaralı hərbçilərlə doludur.

AzerTimes xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyası məlumat yayıb.

“Luqansk Kliniki Xəstəxanası, 15 nömrəli Şəhər Xəstəxanası və Dəmiryol Xəstəxanası rusiyalı yaralı hərbçilər üçün ayrılıb. Həmin xəstəxanalar yerli sakinlərə xidmət göstərməkdən imtina edir və onlara başqa tibb müəssisələrinə müraciət etmək təklif olunur”, – məlumatda qeyd olunub.

Bildirilib ki, təkcə bir xəstəxanada 1000-dən çox yaralı var. Yaralılara yardım göstərmək üçün tibbi heyət, cərrah assistenti çatışmır. Bundan başqa dərman, yataq çatışmazlığı da yaranıb.

Teqlər: