Lüksemburq Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi əməliyyatlardan çox narahatdır.
AzerTimes xəbər verir ki, bu barədə Lüksemburq xarici işlər naziri Jan Asselborn söyləyib.
“Ermənistan-Azərbaycan sərhədində baş verən, çoxsaylı itkilərlə nəticələnən hərbi əməliyyatlar barədə xəbərlər məni dərindən narahat edir. Düşmənçilik fəaliyyəti dayandırılmalıdır”, – o bildirib.
Asselborn hər iki tərəfi vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə çağırıb.