

Almaniyanın dəbdəbəli avtomobil istehsalçısı “İsdera” müflis olduğunu elan edib.
AzerTimes xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Az miqdarda bahalı sifarişli avtomobillər istehsal edən şirkət 40 ildən çoxdur ki, fəaliyyət göstərir. 1982-ci ildə Leonberqdə avtomobil mühəndis-konstruktoru Eberhard Şulz tərəfindən təsis edilib.
“İsdera” avtomobilləri hərraclarda 1 milyon avrodan çox qiymətə satılır. Məsələn, “Commendatore 112i” modeli 2021-ci ildə 1,2 milyon avroya satılıb. 2016-cı ildə Şulz “İsdera”nı elektrik avtomobilləri hazırlayan “Sinfonia Automotive AG” şirkətinə satıb. Lakin yenə uğurlu nəticə əldə olunmayıb.