Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyanın “LUKOYL” şirkəti qaz layihələrində iştirakını genişləndirməkdə maraqlıdır və hazırda “Şahdəniz” yatağında payının artırılması ilə bağlı danışıqlar aparır.
Trend-in məlumatına görə, bunu şirkətin prezidenti Vahid Ələkbərov “ADIPEC” neft-qaz konfransı çərçivəsində deyib.
O bildirib ki, həmin layihədə üstünlük hüququna malik konsorsium var, ona görə də razılaşdırılma prosedurları davam etdirilir.
Şirkət rəhbəri Qazaxıstanda da layihələrlə maraqlandıqlarını vurğulayıb.