“Lukoil” “Petronas”ın “Şahdəniz” layihəsindəki payını alır

“Lukoil” Açıq Səhmdar Cəmiyyəti “Petronas” şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” layihəsindəki 15,5 faizlik payını alır.

AzerTimes-ın məlumatına görə, bu barədə ASC-nin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, iki şirkət arasında müqavilənin dəyəri 2,25 milyard ABŞ dolları təşkil edəcək. Müqavilənin SOCAR-la razılaşdırıldıqdan və bütün şərtlərin yerinə yetirilməsindən sonra imzalanacağı gözlənilir.

Müqavilə imzalandıqdan sonra “Lukoil”in “Şahdəniz” layihəsindəki payı 10 faizdən 25,5 faizədək artacaq.

Teqlər: