Avropa Şurası Parlament Assambleyası (AŞPA) Belarus Prezidenti Aleksandr Lukaşenkonu ukraynalıların soyqırımında iştirakını tanıyıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko deyib.
Qonçarenko qeyd edib ki, AŞPA Lukaşenkonun uşaq və böyüklərin Ukraynanın işğal olunmuş ərazilərindən məcburi deportasiyasında iştirakının tanınması ilə bağlı Assambleyanın qətnaməsinə düzəlişini dəstəkləyib.
“Bu, Rusiyanın Ukraynada törətdiyi soyqırımda Lukaşenkonu avtomatik günahkar edir”, – deputat bildirib.