Kopırkinin Moskvaya çağırılmasının səbəblərindən biri Lukaşenkonun Qafqaz üçün maraqlı təklifi ilə bağlı bəyanatı ola bilər.
AzerTimes xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılmasının səbəbləri haqında danışarkən deyib.
Stepan Danielyan istisna etməyib ki, Rusiya səfirinin Moskvaya çağırılması Belarus Prezidenti Aleksandr Lukaşenkonun Minskdə Vladimir Putinlə görüşdə səsləndirdiyi “mənim regionumuz və Qafqaz üçün çox maraqlı təkliflərim var ki, onları Azərbaycana səfərimiz zamanı ciddi müzakirə etdik” bəyanatı ilə bağlı ola bilər:
“Səfirin Moskvaya çağırılmasının gözlənilən olub-olmadığını dəqiq deyə bilmərəm, çünki pərdə arxasında bir çox proseslər gedir. Amma bu, artıq Əliyevlə görüşdə müzakirə etdiyi Qafqazla bağlı çox maraqlı təklifi olduğunu deyən Lukaşenkonun bəyanatı ilə bağlı ola bilər. Bu, təsadüfi bəyanat deyil, Ermənistanla bağlı siyasət dəyişir və hansısa qərar qəbul oluna bilər”.
Danielyanın fikrincə, əgər bu, hansısa şəkildə Rusiya səfirinin Moskvaya çağırılması ilə bağlıdırsa, o deməkdir ki, ciddi dəyişikliklər ola bilər:
“Mümkün yeni inkişaflar Ermənistan-Rusiya münasibətləri ilə bağlı olacaq. Hadisələrin necə inkişaf edəcəyini deyə bilmərəm, lakin bu, onların Qafqazla bağlı siyasətinə aiddir, hansısa istiqamətdə ciddi qərarlar qəbul edilə bilər”.