Belarusda keçirilən seçkilərdən sonra yaranmış vəziyyətə görə Prezident Aleksandr Lukaşenko və digər 29 Belarus rəsmisinin Latviyaya girişi qadağan edilib.
Bu barədə Latviyanın Xarici İşlər naziri Edqars Rinkeviçs açıqlama verib.
“Latviya Aleksandr Lukaşenko da daxil olmaqla 30 Belarus vətəndaşının ölkəyə girişini qadağan edir. Onlar prezident seçkilərindəki saxtakarlıqlardan və Belarusda dinc nümayişçilərə qarşı zorakılıqdan məsuldurlar. Biz müstəqil və demokratik bir Belarusu və onun vətəndaşlarını dəstəkləyirik”.
Xatırladaq ki, avqustun 20-də Litva XİN Prezident Aleksandr Lukaşenkonu ölkəyə girişinə icazə verilməyənlərin siyahısında daxil edib.