Lukaşenkonun Bakıya görə Nikola bu sözləri… – Ekspert

Lukaşenkonun Bakıya görə Nikola bu sözləri… – Ekspert

Aleksandr Lukaşenkonun Azərbaycana səfəri ölkələrimizin tarixində xüsusi yeri olan önəmli hadisədir.

Bu sözləri AzerTimes-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq Minsk və Bakının hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyini vurğulayıb:

“Belarus ilə Azərbaycan arasında hər zaman yaxın münasibətlər olub. Dövlət başçılarının şəxsi dostluq münasibətləri isə əlaqələrin daha da dərinləşməsinə imkan yaradıb. Rəsmi Minsk hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib. Ermənistan 44 Vətən müharibədə və sonra KTMT-ni Azərbaycana qarşı “köməyə” çağıranda Lukaşenko buna qəti surətdə qarşı çıxıb. Təşkilatın 2022-ci ilin oktyabrında keçirilən növbədənkənar sessiyasında onun Paşinyanın haqsız ittiham və tələbləri qarşısında Azərbaycanı necə müdafiə etdiyini hamımız gözəl xatırlayırıq. Yəni İlham Əliyevin Lukaşenkonu ölkəmizin böyük dostu adlandırması təsadüfi deyil. Belarus dövlət başçısının Füzuli və Şuşaya səfər etməsi bunu bir daha təsdiqlədi. Bu addım eyni zamanda bütün dünyaya və Ermənistana verilən açıq mesajdır”.

İlyas Hüseynov Belarusla əlaqələrin geosiyasi əhəmiyyət daşıdığını vurğulayıb:

“Ölkəmizin başçısı mətbuata verdiyi müsahibələrdən birində müharibə zamanı yanımızda olan ölkələr ilə əlaqələrin inkişafına xüsusi önəm veriləcəyini bildirib. Buna görə Belarus da işğaldan azad olunmuş bölgələrin bərpasında iştirak edən ölkələrin sırasına daxil olacaq. Hər iki ölkənin böyük iqtisadi, siyasi, mədəni potensialı var. Ölkələrimiz arasında uzun illərdir mövcud olan dostluq münasibətləri bizə strateji əlaqələrin dərinləşməsi üçün bu potensialdan maksimum istifadə imkanı verir. Bu, həm də beynəlxalq və regional miqyasda baş verən proseslərdən irəli gələn zərurətdir”.

Teqlər: