Belarus Prezidenti Aleksandr Lukaşenkonun ayağına ağac parçası düşüb.
AzerTimes xəbər verir ki, bu barədə Lukaşenko özü məlumat verib.
“Odun doğrayırdım və təxminən 80 kiloqramlıq ağac parçası ayağıma düşdü”, – Lukaşenko söyləyib.
O, ayağının şişdiyini bildirib və bu səbəbdən bu gün keçirilən xokkey matçında iştirak etməyib.