Belarus Prezidenti Aleksandr Lukaşenkoya sui-qəsd həyata keçirmək, dövlət çevrilişi etmək ittihamı ilə saxlanılan Aleksandr Feduta xəstəxanaya yerləşdirilib.
AzerTimes xəbər verir ki, bu barədə “Sputnik Belarus”məlumat yayıb.
A.Fedutanın həyat yoldaşı Marina Şibkoyanın sözlərinə görə, o, xəstəxanaya ürək problemləri səbəbindən yerləşdirilib.
Qeyd edək ki, A.Feduta ötən il Rusiya və Belarus məxfi xidmətinin Moskvada keçirdiyi əməliyyatda saxlanılıb.