Belarusun prezidenti Aleksandr Lukaşenko səfərbərliyə rəhbərlik edən generalı vəzifəsindən azad edib.
AzerTimes xəbər verir ki, o, general-mayor Aleksandr Şkirenkonu Baş Qərargahın Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəisi vəzifəsindən azad edib.
Məlumat görə, bir aydan çoxdur ki, Belarusda hərbi təlimlər keçirilir. Digər sınaqlarla yanaşı, səfərbərlik mexanizmlərində də yoxlamalar aparılır.
Qeyd edək ki, Belarus Silahlı Qüvvələrinin Ukraynaya qarşı yeni hücumun mümkünlüyü ilə bağlı məlumatlar aktiv şəkildə yayılır.